Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisinin kimliyinə dair qərar hələ qəbul olunmayıb. Qol.Az-ın lent.az-a istinadən yaydığı məlumata görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
Yığmaya hazırda “Qarabağ”ın baş məşqçi postunu tutan Qurban Qurbanovun namizədliyinə gəldikdə, Rəhimov hər bir namizədi normal hesab etdiyini bildirib. Onun fikrincə, hər bir namizəd öz proqramı ilə gəlməli, təkliflərini, ideyalarını deməlidir: “İstərdik ki, yeni baş məşqçi savadlı, təcrübəli, bu işi bilən və qurmağı bacaran baş məşqçi olsun. Düşünürəm ki, AFFA düzgün seçim edəcək”.
Bununla yanaşı, Rəhimov futbolumuzun hazırkı durumu ilə bağlı fikirlərini də açıqlayıb: “Ümumiyyətlə, düşünürəm ki, futbolda vəziyyət dəyişilməlidir. Yəni, klublarda inkişaf olmalı, onlar öz strategiyalarını dəyişməlidirlər. Dəfələrlə qeyd olunub ki, dünyanın 10 ən məşhur mütəxəssisi gələrək, burada məşqlərə başlasa, baza və əlində işləməyə yaxşı material olmasa, biz o nailiyyətləri qazana bilmərik. Futbol elə bir idman növüdür ki, burada milli komanda uşaqlıqdan məktəb, futbol akademiyası, klubların aşağı yaş qrupları üzrə heyətləri və gənclərdən ibarət yığmalardan formalaşdırılmalıdır. Sözsüz ki, bu addımların AFFA tərəfindən atılacağını düşünürəm”.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər