Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "AZ
Alkmaar" (Hollandiya) - "Atromitos" (Yunanıstan) matçında qalmaqal yaşanıb.
Qol.Az-ın məlumatına görə, matçın 53-cü dəqiqəsində stadionda yanğın baş
verdiyindən oyun təxirə salınıb. Hələlik yanğının baş vermə səbəbləri məlum
deyil. Qeyd edək ki, 53-cü dəqiqəyə qədər hesab 1:0 qonaqların xeyrinə olub.