"Barselona" Busketslə müqaviləni rəsmən yenilədi

"Barselona" Busketslə müqaviləni rəsmən yenilədi
XƏBƏR 27 Avqust 2013 / 19:03 1699
-  A +

"Barselona" klubu futbolçusu Serxio Busketslə müqaviləni rəsmən yeniləyib.

Qol.Az-ın klubu saytına istinadən verdiyi məlumata görə, ötən aydan bu barədə oyunçu ilə razılığa gələn "Barsa" bu gün Busketslə dörd illik müqavilə imzalayıb.
 
İmzalanma mərasimində klubun prezidenti Sandro Rosell və idman direktoru Andoni Zubizaretta da iştirak edib. Yeni sözləşmədə futbolçunun təzminat qiyməti 150 milyon avro olaraq göstərilib.

Qeyd edək ki, Buskets 2008-ci ildən Kataloniya klubunun formasını geyir.

Daha çox


Son xəbərlər
topaz banner