Quti "Real"a qayıtdı

Quti "Real"a qayıtdı
XƏBƏR 27 Avqust 2013 / 18:42 3864
-  A +

Futbolçu karyerasını 2011-ci ildə başa vuran "Real" (Madrid) klubunun sabiq oyunçusu Quti Hernandez yenidən sabiq komandasına geri dönür.

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə,o, bu dəfə futbolçu kimi deyil, məşqçi olaraq klubun şərəfini qoruyacaq.

Belə ki, Qutinin Madrid klubunun aşağı yaş qruplarını çalışdıracağı bildirilib.

Qeyd edək ki, 37 yaşlı yarımmüdafiəçi peşəkar futbolçu karyerasına 1995-ci ildə "Real"da başlayıb və 2010-cu ilə qədər bu komandada oynayıb. Daha sonra o, Türkiyənin "Beşiktaş" klubuna transfer olunub. 2011-ci ildə isə Quti futbolçu karyerasına son qoyub.

Daha çox


Son xəbərlər
topaz banner