Məsut Özil Ançelottiyə əsəbiləşdi

Məsut Özil Ançelottiyə əsəbiləşdi
XƏBƏR 27 Avqust 2013 / 15:25 3508
-  A +

"Real"ın futbolçusu Mesut Özil La Liqada "Qranada" ilə matçın (1:0) ikinci hissəsində əvəzlənib. Bu, oyunçunun narazılığına səbəb olub.

Qol.Az-ın məlumatına görə, qarşılaşmanın 64-ci dəqiqəsində Kasemiro ilə əvəzlənən yarımmüdafiəçi verilən qərara əsəbiləşib. Özil oyundan çıxarkən məşqçi və komanda yoldaşlarına baxmadan paltardəyişmə otağına yollanıb. Baş məşqçi Karlo Ançelotti də futbolçusuna yaxınlaşmayıb.

Bu hadisənin ardından isə Özilin klubdan ayrılacağı ilə bağlı iddialar xeyli artıb.

Daha çox


Son xəbərlər
topaz banner