"İnter"in hücumçusu Gürcüstan millisinə dəvət aldı

"İnter"in hücumçusu Gürcüstan millisinə dəvət aldı
XƏBƏR 27 Avqust 2013 / 14:06 2246
-  A +

Bakının “İnter” klubunun futbolçusu Baçana Tsxadadze karyerasında ilk dəfə Gürcüstan milli komandasına dəvət alıb.

Gürcüstan Futbol Federasiyasının rəsmi saytında yerləşdirilən siyahıda Tsxadadze də var.
 
26 yaşlı hücumçu sentyabrın 6-da Fransa, bundan 10 gün sonra isə Finlandiya ilə Tiflisdə keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup matçlarına çağırılıb. Baş məşqçi Temuri Ketsbaya Azərbaycan Premyer Liqasında çıxış edən daha bir futbolçuya dəvət göndərib. Bu, “Qarabağ”ın hücumçusu Nikolas Gelaşvilidir.
 
Qeyd edək ki, seçmə mərhələdə I qrupunda yer alan Gürcüstan millisi 5 oyundan 4 xalla 4-cü pillədə qərarlaşıb. Cəmi 3 qol vurmağa müvəffəq olan qonşularımız 7 dəfə məyus olublar. Fransanın 10, Finlandiyanın 6 xalı var. Lider İspaniya 11 xal, autsayder Belarus isə 6 oyundan 4 xal toplayıb. Baçana Tsxadadze Premyer Liqanın ötən turunun “Rəvan” – “İnter” matçında “het-trik” edib. Nikolas Gelaşvili isə ilk 4 tur ərzində 2 qol vurub (Letn.az).

Daha çox


Son xəbərlər
topaz banner