Messi dünya çempionatında oynayacaqmı?

Messi dünya çempionatında oynayacaqmı?
XƏBƏR 26 Avqust 2013 / 18:16 3229
-  A +

"Barselona"nın futbolçusu Lionel Messinin zədələnməsi Argentinada narazılığa səbəb olub.

Qol.Az-ın məlumatına görə, bu ölkənin mətbuat orqanları və azarkeşlər Kataloniya klubundan oyunçularının daha yaxşı qorunmasını tələb ediblər.

"Messi bizimdir" başlıqlı yazılar dərc edən Argentina mətbuatı "Barselona"nı ulduz oyunçunun zədəsi barədə düzgün açıqlama verməməkdə günahlandırıb.

"La Nacion Deportiva" qəzeti iddia edib ki, Messinin yalnız zədəsi deyil, başqa problemləri də var. Messinin günü-gündən arıqladığını yazan mətbuat futbolçunun orqan problemlərinin aradan qaldırılmasını istəyib.

Argentinanın ən çox qorxduğu məsələ isə futbolçunun zədə səbəbindən dünya çempionatında oynaya bilməməsidir. Messinin yenə zədələndiyi və 90 dəqiqə oynamadığını bildirən "Ole" qəzeti hücumçunun qarşıdakı dünya çempionatında oynayıb-oynamayacağının məlum olmadığını yazıb.

Daha çox


Son xəbərlər
topaz banner