"Bavariya" - "Çelsi" matçının hakimlərinin adları açıqlandı

"Bavariya" - "Çelsi" matçının hakimlərinin adları açıqlandı
XƏBƏR 26 Avqust 2013 / 17:48 3034
-  A +

Son Avropa Liqasının qalibi "Çelsi" ilə Çempionlar Liqasının birincisi "Bavariya" arasında oynanılacaq UEFA Superkuboku matçını idarə edəcək hakimin adı müəyyənləşib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da baş tutacaq oyun isveçli hakim Yohan Erikssona həvalə olunub.

Ona Mathias Kelasenius və Daniel Varnmark köməklik edəcəklər. Stefan Vittbirq isə dördüncü hakim vəzifəsini yerinə yetirəcək. 

Xatırladaq ki, 2002-ci ildən FİFA referisi olan 39 yaşlı Eriksson indiyə kimi Avropa kuboklarında 75 matç idarə edib.

Qeyd edək ki, "Bavariya" - "Çelsi" oyunu avqsutun 30-da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner