"Sumqayıt"ın futbolçusu "Trabzonspor"un düşərgəsinə yollandı

"Sumqayıt"ın futbolçusu "Trabzonspor"un düşərgəsinə yollandı
XƏBƏR 26 Avqust 2013 / 16:02 2342
-  A +

Ötən mövsümün əvvəlində "Sumqayıt" klubunun iki üzvü - Ruslan Nəsirli və Şamil Cəmaləddinovun Türkiyənin "Trabzonspor" klubunda baxışda olması haqda xəbər vermişdik.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Trabzonspor"un rəhbərliyi komandanın və 19 yaşadək futbolçulardan ibarət millimizin hücumçusu Ruslan Nəsirli üçün 2-ci dəfə kluba məktub ünvanlayıb.

18 yaşlı futbolçu "bordo-mavililər"in əvəzedici komandasında növbəti dəfə baxışdan keçəcək. Ruslan Trabzon təmsilçisinin məşqçilər korpusu tərəfindən bəyənilsə, onunla müqavilə imzalanacaq.

Daha çox


Son xəbərlər
topaz banner