Fabreqas: “Barselona” Messi və Neymardan asılı deyil”

Fabreqas: “Barselona” Messi və Neymardan asılı deyil”
XƏBƏR 26 Avqust 2013 / 15:14 2221
-  A +

"Barselona"nın futbolçusu Sesk Fabreqas La Liqanın ikinci turunda "Qranada" ilə oyundan (1:0) sonra  açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan ispan hücumçu "Barsa"nın Lionel Messi və Neymarın yoxluğunda da çox yaxşı komanda olduğunu deyib: "Messi və Neymardan asılı deyilik. Bu komandada hər birimiz önəmliyik. Bütün futbolçular burada öz məsuliyyətini hiss edir".

Qeyd edək ki, Lionel Messi zədə səbəbindən "Qranada" ilə matçda forma geyə bilməyib. Ancaq buna baxmayaraq, Kataloniya klubu Adrianonun qol sayəsində qələbə qazana bilib.

Daha çox


Son xəbərlər
topaz banner