Kasilyas və Di Mariya "Arsenal"ın hədəfində

Kasilyas və Di Mariya "Arsenal"ın hədəfində
XƏBƏR 26 Avqust 2013 / 13:22 2202
-  A +

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger Madrid "Real"ının futbolçuları - İker Kasilyas və Anxel Di Mariyanı komandasında görmək istəyir.

Qol.Az-ın məlumatına görə, fransız mütəxəssis yaxın günlərdə hər iki futbolçunun transferini bitirməyi planlaşdırır.

Hələlik "Real" tərəfi bu təklifə münasibət bildirməyib. Kərim Benzemanın "Arsenal"a keçidi isə baş tutmayıb. Fransa millisinin üzvü karyerasını Madrid klubunda davam etdirəcək.

Qeyd edək ki, "Arsenal"ın "Çelsi"nin futbolçusu Xuan Mata ilə yaxından maraqlandığı bildirilir.

Daha çox


Son xəbərlər
topaz banner