Ançelotti Martinonun cavabını verdi

Ançelotti Martinonun cavabını verdi
XƏBƏR 26 Avqust 2013 / 00:51 2379
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti ilə "Barselona"nın çalışdırıcısı Xerardo Martino arasında gərginlik yaranıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna argentinalı mütəxəssisin Madrid klubunun Qaret Beylin transferi üçün 99 milyon avro verməsinin digər klublara hörmətsizlik olaraq görməsi səbəb olub.

Kataloniya təmsilçisinin çalışdırıcısının bu fikrinə isə Ançelotti sərt cavab verib. O, Martinonun Avropa futbolundan xəbərsiz olduğunu deyib:

"Onun sözlərini anlamıram. Uzun müddətdir ki, burada deyil və nə Avropa futbolunun, nə də klubunu necə çalışdıracağını başa düşmür. "Barselona" da çox pul ödəyərək önəmli oyunçular alıb".

Daha çox


Son xəbərlər
topaz banner