"Bavariya" ciddi itki ilə üzləşdi

"Bavariya" ciddi itki ilə üzləşdi
XƏBƏR 26 Avqust 2013 / 00:17 2459
-  A +

Almaniyanın "Bavariya" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın xəbərinə görə, Münhen təmsilçisinin futbolçusu Tiaqo Alkantara "Nürnberq"lə oyunda zədələnib.

Klubun rəsmi saytından verilən açıqlamada ispan yarımmüdafiəçinin əməliyyat olunacağı və 7 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Alkantara bu yay "Barselona"dan 25 milyon avroya "Bavariya"ya transfer olunub. 

 

Daha çox


Son xəbərlər
topaz banner