Topaz Premyer Liqasının bu gün baş tutan “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra qonaq komanda hələ də stadiondadır.
Qol.Az-ın xəbərinə görə, oyunun başa çatmasından iki saatdan artıq vaxt keçsə də, “ağ-qaralar” arenanı tərk edə bilməyib. Bundan oyundan sonra azarkeşlər tərəfindən törədilən insident səbəb olub.
***
"Neftçi"nin Mətbuat və İctimaiyyətə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə az əvvəl Qol.Az saytına bildirib ki, hazırda (saat 00.11-də - red.) komanda Lənkəran stadionunu tərk etməyib. "Hüquq-mühafizə orqanları məsləhət gördü ki, komandanın təhlükəsizliyi üçün hələ arenada qalaq. Düzdür, hazırda stadionunun içində və ətrafında azarkeş yoxdur. Bununla belə, məsləhət oldu ki, hələ stadionda qalaq. Görünən odur ki, hələ 1-2 saat da buradayıq".
Qeyd edək ki, "Neftçi" klubu ilə yanaşı, komandanın azarkeşləri və Bakıdan gedən jurnalistlər də təhlükəsizliyin təmin olunması üçün stadiondan buraxılmayıblar. Hazırda onlar "Xəzər Lənkəran"ın bazasındadırlar.
Yeri gəlmişkəm, futbolçular axşam yeməyini də "Xəzər Lənkəran"ın bazasında yeyiblər.
***
Yayılan ən son xəbərlərə görə, Lənkərandakı insidentlə əlaqədar 30-a yaxın şəxs saxlanılıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə