Millimiz Litvada üçüncü oldu

Millimiz Litvada üçüncü oldu
XƏBƏR 26 Avqust 2013 / 00:01 1277
-  A +

Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması III yeri tutub.

Qol.Az-ın məlumatına görə, III yer uğrunda bu gün keçirilmiş qarşılaşmada yığmamız Elnur Cəfərovun vurduğu qol sayəsində Latviya komandasını 1:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, turnir çərçivəsində keçirdiyi ilk oyunda Belarus yığmasını 1:0 hesabı ilə məğlub edən futbolçularımız ikinci qarşılaşmada Litva komandasına eyni hesabla məğlub olmuşdu.

Daha çox


Son xəbərlər
topaz banner