Syomin "Qarabağ"a məğlubiyyətdən danışdı

Syomin "Qarabağ"a məğlubiyyətdən danışdı
XƏBƏR 25 Avqust 2013 / 22:32 3266
-  A +

"İndiyədək hücumla müdafiə arasındakı balansı qoruya bilmirik. Artıq neçənci oyundur ki, komanda ilk hissədə məğlub vəziyyətə düşür, ikinci hissədə isə daha yaxşı oynayırıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Qarabağ"la oyundan sonra (0:1) keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis oyunla bağlı daha sonra bunları bildirib: "Çoxlu qol epizodu yaratdıq, heç birindən də yararlana bilmədik. Qalib gələ bilmədiyimizə təəssüflənirəm. Qurban Qurbanova və “Qarabağ”a Avroliqada uğurlar arzulayıram”.

Daha çox


Son xəbərlər
topaz banner