"Anji"nin futbolçusu rəsmən "Çelsi"də

"Anji"nin futbolçusu rəsmən "Çelsi"də
XƏBƏR 25 Avqust 2013 / 16:29 3599
-  A +

İngiltərənin "Çelsi" klubu daha bir futbolçunu heyətinə qatıb.

Qol.Az-ın məlumatına görə, London təmsilçisi "Anji" klubunun yarımmüdafiəçisi Borges da Silva Villianla rəsmən anlaşıb.

"Çelsi" klubunun rəsmi saytı da xəbəri təsdiqləyib. 25 yaşlı futbolçunun çərşənbə günü "Çelsi" ilə rəsmi mqqavilə imzalayacağı bildirilir. Lakin hələlik müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Villian ötən mövsüm keçirdiyi 35 oyunda 8 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha çox


Son xəbərlər
topaz banner