"Qəbələ" döyüşçüsündən uğurlu çıxış

"Qəbələ" döyüşçüsündən uğurlu çıxış
XƏBƏR 25 Avqust 2013 / 13:15 2883
-  A +

Çeçenistanın paytaxtı Qroznıda prezident Ramzan Kadırovun dəstəyi ilə keçirilən “Cage Warriors Fighting Championship” (Qəfəs Döyüşçüləri Çempionatı) - MMA döyüş növü üzrə yarışda “Qəbələ”ni təmsil edən Bəxtiyar Abbasov uğurlu nəticə ilə yadda qalıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, orta çəkidə - 84 kq çəki dərəcəsində braziliyalı döyüşçü Çarles Andrade ilə qarşılaşan təmsilçimiz yekunda qələbə qazanıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə Bəxtiyar rəqibinə şans verməyib. Döyüşçümüz qələbəni 5 dəqiqədən ibarət 3 raundun sonunda bayram edib.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner