"Qarabağ" ilk və son məşqinə Qəbələdə çıxacaq

"Qarabağ" ilk və son məşqinə Qəbələdə çıxacaq
XƏBƏR 24 Avqust 2013 / 12:22 1860
-  A +

Premyerliqanın IV turunda "Qəbələ"nin qonağı olacaq "Qarabağ" bu gün  Qəbələyə yollanır.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 2 gün öncə Avroliqanın play-off mərhələsində  "Ayntraxt"la qarşılaşan Ağdam təmsilçisi dünən istirahət etmişdi.

Belə də komanda Qəbələyə çatdıqdan sonra oyundan öncə ilk və sonuncu məşqinə çıxacaq.

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu avqustun 25-də saat 18:00-da keçiriləcək.


Son xəbərlər
topaz banner