Fatif Terimin Türkiyə millisindəki köməkçisi bəlli oldu

Fatif Terimin Türkiyə millisindəki köməkçisi bəlli oldu
XƏBƏR 24 Avqust 2013 / 00:13 2760
-  A +

Türkiyə millisinin və "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin yığmadakı köməkçisinin adı məlum olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Akhisar Bələdiyyəspor"un baş məşqçisi Hamza Hamzaoğlu təcrübəli mütəxəssisin köməkçisi olacaq.

Bu barədə Fatih Terimin özü jurnalistlərə açıqlamasında deyib. Baş məşqçi həmçinin millidə çalışması üçün pul almayacağını bir daha bildirib.

Qeyd edək ki, türkiyəli çalışdırıcı may ayına qədər həm "Qalatasaray", həm də millidə baş məşqçilik edəcək.

Son xəbərlər
topaz banner