Qaret Beyl gəlsə, Məsut Özil gedəcək

Qaret Beyl gəlsə, Məsut Özil gedəcək
XƏBƏR 23 Avqust 2013 / 18:25 3957
-  A +

"Real"ın (Madrid) klubunun futbolçusu Məsut Özilin komandadan ayrılacağı iddia edilir.

Qol.Az-ın məlumatına görə, Almaniyanın "Bild" qəzeti iddia edib ki, bu, klubun "Tottenhem"in oyunçusu Qaret Beyli transfer etməsi nəticəsində baş tuta bilər.

Qəzet yazıb ki, uelsi yarımmüdafiəçi "Real"a gələrsə, Özilin də oyunlarda forma geyinmək şansları azalacaq. Məhz bu səbəbdən futbolçu klubdan ayrılmaq qərarı verə bilər.

Qeyd edək ki, almaniyalı yarımmüdafiəçi ilə "Mançester Yunayted"in maraqlandığı iddia olunur.

Son xəbərlər
topaz banner