Topaz Premyer Liqanın 4-cü turunda “İnter” klubu səfərdə “Rəvan”la qarşılaşacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qarşılaşma komandalar üçün sayca 5-ci olacaq.
İndiyədək komandalar 4 dəfə üz-üzə gəlib. Hər 4 oyun da "İnter"in qələbəsilə başa çatıb.
Bütün bu oyunlar milli çempionat çərçivəsində keçirilib. Bu qarşılaşmalarda “İnter” “Rəvan”ın qapısından 7 top keçirib, rəqib isə 1 qolla fərqlənib. Maraqlıdır ki, son 3 matçda “Rəvan”ın futbolçuları "İnter"in qapısına yol tapa bilməyiblər. Rəqibin “İnter”in qapısından keçirdiyi son qol 2011-ci ilin oktyabr ayına təsadüf edir.
“Rəvan”a qarşı səfər oyunlarında “İnter” tam üstünlüyə malikdir: 2 oyunda 2 qələbə, toplar arasında fərq 4:1-dir. 2011-2012-ci il mövsümündəki matçda "bankirlər" rəqib meydanında 2:1 hesabıyla qalib gəlib, ötən mövsüm isə “İnter” bu komandanı 2:0 hesabıyla məğlub edib.
Qeyd edək ki, “Rəvan” və “İnter” arasında keçirilən 4 matçın son 2 qarşılaşmasında qeydə alınan ən populyar hesab 2:0 olub. Maraqlıdır ki, bu matçların ən yaxşı bombardiri də Baçana Sxadadzedir və forvardın aktivində 2 qol var.
Bu matça əlavə maraq qatan fakt odur ki, hazırda “Rəvan”ın heyətində “İnter”də oynamış futbolçular - Tofiq Mikayılov, Şəhriyar Rəhimov və Elnur Abdulov çıxış edirlər.
Əlavə edək ki, cari mövsümün startı hər iki komanda üçün uğurlu alınmayıb. Belə ki, “İnter” və “Rəvan” indiyədək bir xal toplaya bilməyən yeganə iki komandadır.
Xatırladaq ki, “Rəvan” - “İnter” qarşılaşması avqustun 25-də, Bayıl stadionunda baş tutacaq. Oyun saat 20:00-da başlayacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video