"Borussiya" Avropanın varlı klubuna çevrilir

"Borussiya" Avropanın varlı klubuna çevrilir
XƏBƏR 23 Avqust 2013 / 15:16 2706
-  A +

Almaniyanın "Borussiya" (Dortmund) klubu bu ilin hesablamalarına əsasən 53.3 milyon avro qazanıb.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, bir neçə mövsüm öncə "Bavariya"dan borc almaq məcburiyyətində qalan Dortmund təmsilçisi son illərdəki uğurları ilə maliyyə cəhətdən Avropanın ən varlı klublarından birinə çevrilib.

"Borussiya"nın bu il əldə etdiyi gəlir isə ötən mövsümkündən 55.4 faiz çoxdur. Sadəcə Çempionlar Liqasından 70 milyon avro qazanan klub Mario Qötze transfer ilə də əlavə 51.6 milyon avro gəlir əldə edib.

Son xəbərlər
topaz banner