"Ayntraxt"ın qapıçısı: "İlk hissədə işim az oldu"

"Ayntraxt"ın qapıçısı: "İlk hissədə işim az oldu"
XƏBƏR 23 Avqust 2013 / 13:27 2429
-  A +

"Cərimə zərbələri zamanı qarşımı kəsirdilər. Ona görə də topu görmürdüm. Buna baxmayaraq, ilk hissədə işim az oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Ayntraxt" klubunun qapıçısı Kevin Trapp "Qarabağ"la oyundan sonra deyib.

K.Trapp rəqibin ikinci hissədə daha yaxşı oynadığını bildirib: "Qarabağ" yaxşı komandadır. Onlar ikinci hissəyə hücumlarla başladılar. Təzyiqi artırdılar. Lakin yaratdıqları qol imkanlarından yararlana bilmədilər. Biz isə vurduğumuz iki qolla oyundan qalib ayrıldıq. Bu nəticə bizə növbəti mərhələ üçün yaxşı imkan yaradır".
 
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. 


Son xəbərlər
topaz banner