Məşhur futbolçu karyerasını bitirir

Məşhur futbolçu karyerasını bitirir
XƏBƏR 23 Avqust 2013 / 12:38 2500
-  A +

Mövsümün əvvəlində "Vest Bromviç"ə transfer olan Nikolas Anelka maraqlı qərar verib.

Qol.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, 34 yaşlı hücumçu klubun son hazırlığında məşqçilər heyəti ilə danışaraq futboldan getmək istədiyin açıqlayıb.

Anelkanın qısa müddət ərzində bu barədə rəsmi açıqlama verəcəyi bildirilib.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü karyerası ərzində "Arsenal", "Real", "Çelsi", "Liverpul", PSJ, "Mançester Siti, "Liverpul", "Yuventus", "Fənərbaxça" kimi klublarda forma geyib.


Son xəbərlər
topaz banner