Raul yenidən "Real"da qol vurdu (VİDEO)

XƏBƏR 23 Avqust 2013 / 11:46 2657
-  A +

"Real"la (Madrid) "Əl Sədd" klubları arasında yoldaşlıq oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, "Santyaqo Bernabeu"da baş tutan oyunda Madrid klubunun sabiq futbolçusu Raul Qonzales ilk hissədə "Real"ın, ikinci hissədə isə hazırkı komandası "Əl Sədd" forması geyib. İspan hücumçu matçın 22-ci dəqiqəsində qol vururaq sabiq klubunu 1:0 hesabı ilə önə keçirib. Qarşılaşma isə "Real"ın 5:0 üstünlüyü ilə başa çatıb. Oyunda digər qollardan ikisini Xose Rodriqes vurub. İsko və Benzema isə hərəyə bir dəfə fərqləniblər.



Son xəbərlər
topaz banner