Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Ante Rukavina meydana çıxdıqdan 10 saniyə sonra qırmızı vərəqə alıb.
İnsident ötən gün Avstriya “Austriya”sı ilə Çempionlar Liqasının ilk “pley-off” matçında baş verib.
Rukavina 71-ci dəqiqədə Due Çopanın əvəzinə meydana girib. Əvəzləndikdən dərhal sonra “Austriya”nın qapıçısı topu cərimə meydançasından uzaqlaşdırıb. Bu zaman qalmaqallı futbolçu meydanın mərkəzində rəqib müdafiəçi Kay Roqulun üstünə açıq ayaqla gedib. Baş hakim Hovard Uebb isə Rukavinanı birbaşa qırmızı vərəqə ilə qovub.
Bu zaman “Dinamo” 0:1 hesabı ilə geridə olub. Tezliklə zaqreblilər daha bir qol buraxaraq, uduzublar – 0:2. Oyundan sonra komandanın baş məşqçisi Krunoslav Yurçiç istefaya göndərilib. Bu, Yurçiçin “Dinamo”dan ayrı-ayrı vaxtlarda 3-cü gedişi olub.
Qeyd edək ki, cavab görüşü avqustun 28-də Vyanada olacaq (Lent.az).
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video