Ötən gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində evdə "Ayntraxt"a 0:2 hesabı ilə uduzan "Qarabağ"ın məğlubiyyətsizlik seriyası qırılıb.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi yeddi oyunun ardından avrokuboklarda məğlubiyyət acısı yaşadı.
Sonuncu dəfə 2011/12 mövsümündə Belçikada rəqibinə 1:4 hesabı ilə uduzan Qurban Qurbanovun komandası o zamandan bəri məğlubiyyətin nə olduğunu bilmirdi. 2012/13 mövsümündə avrokuboklara vəsiqə əldə edə bilməyən "Qarabağ" bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkirdi. İlkin təsnifat mərhələsində Makedoniya “Metallurq”una hər iki oyunda eyni hesabla (1:0) qalib gələn “Qarabağ” ikinci mərhələdə Polşanın “Piast” klubunu da (2:1, 2:2) məğlubiyyətsiz keçib. Son olaraq üçüncü təsnifat mərhələsində İsveçin "Gefle" klubuna hər iki oyunda (1:0, 2:0) qalib gələn komandamız UEFA turnirlərində məğlubiyyətsiz oyunların sayını 7-ə çatdırmışdı. Ancaq Almaniya təmsilçisi bu seriyaya son qoydu.
Tarixi ərzində üçüncü dəfə pley-off mərhələsinə yüksələn Qurban Qurbanovun komandası qrupa düşmək üçün yaxşı şans əldə etmişdi. Lakin Bakıda keçirilən ilk oyunda rəqibinə məğlub olan "Qarabağ" işini çətinə salıb. Ağdam klubu qrup mərhələsinə yüksəlmək üçün səfərdə rəqibini 3 top fərqi ilə məğlub etməlidir. Bu hər nə qədər çətin görünsə də, mümkünsüz də deyil.
Qeyd edək ki, "Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Frankfurt şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
2011/12 mövsümü
“Qarabağ” – “Brügge” (Belçika) – 1:0
2013/2014 mövsümü
“Qarabağ” – “Metallurq” (Makedoniya) – 1:0
“Metallurq” (Makedoniya) - “Qarabağ” – 0:1
“Qarabağ” – “Piast” (Polşa) – 2:1
“Piast” (Polşa) – “Qarabağ” – 2:2
"Qarabağ" - "Gefle" (İsveç) - 1:0
"Gefle" (İsveç) - "Qarabağ" - 0:2
"Qarabağ" - "Ayntraxt" (Almaniya) - 0:2
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video