Topaz Premyer Liqasının IV turunda “Qəbələ” çempionatın lideri “Qarabağ”la qarşılaşacaq. Ağdam təmsilçisi “qırmızı-qaralar”ın ən çox qarşılaşdığı komandalardan biridir. Yalnız “Bakı” ilə daha çox – 27 dəfə üz-üzə gələn Qəbələ təmsilçisi “Qarabağ”la artıq 24 dəfə görüşüb.
Yubiley – 25-ci duelədək komandalar 20 dəfə çempionat, 4 dəfə kubok çərçivəsində qarşılaşıb. Kubokdakı bütün oyunlar heç-heçə bitib və 4 oyunu özündə birləşdirən 2 duelin hər ikisində mərhələ keçən tərəf səfər qolu ilə müəyyənləşib. “Qəbələ” həm 2011/12, həm də 2012/13 mövsümündə mübarizəni dayandıran tərəf olub.
Ümumiyyətlə komandaların oyunlarının az qala yarısında bərabərlik qeydə alınıb. 24 matçdan 11-də tərəflər heç-heçə ilə kifayətlənib. Digər 13 qarşılaşmadan 8-də Ağdam, 5-də Qəbələ təmsilçisi qalib gəlib. Rəqiblər son 2 mövsümün hərəsində 6 dəfə üz-üzə gəliblər. Ötən mövsümün ilk duelində qalib gələn “Qəbələ” sonrakı 5 görüşdə qalib gələ bilməyib. “Qırmızı-qaralar” son 3 qarşılaşmada yaşadıqları qol həsrətini qırmağa çalışacaq.
Bu matçlarda 3 nəticə daha çox qeydə alınıb. 0:0, 1:1 və 2:1 hesablarının hərəsinə 5 dəfə təsadüf olunub.
13-cü dəfə rəqibini qəbul edəcək “Qəbələ” öz meydanında 3 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. Bu görüşlərdə meydan sahibləri 13, qonaqlar isə 15 dəfə fərqlənib.
Baş tutan bütün matçlarda ümumilikdə 48 qol vurulub. Bu isə orta məhsuldarlığın düz 2,00-a bərabər olması deməkdir. Toplardan 27-ni “Qarabağ”, 21-ni “Qəbələ” vurub. Maraqlıdır ki, hər 2 komandanın heyətində 15 futbolçu qol sevinci yaşayıb.
“Qəbələ” - “Qarabağ” qarşılaşmalarında qol vuran 29 oyunçu arasında ən məhsuldarı isə Kənan Kərimovdur. O bu duellərdə hər 2 komandanın heyətində fərqlənən yeganə futbolçudur. Elə bu üzdən də hər komandada 15 oyunçu fərqlənsə də, ümumi say 30 deyil, 29-dur. Kərimov 3 dəfə “Qəbələ”ni, 2 dəfə isə “Qarabağ”ı məyus edib.
Ümumilikdə 5 futbolçu 1 komandanın heyətində 3 qol vura bilib. “Qarabağ”ın heyətində 3 belə oyunçu var. Kənan Kərimovdan başqa Aslan Kərimov və Rauf Əliyev də “Qəbələ”yə 3 qol vurublar. Lakin bu 3 oyunçudan heç biri artıq “qırmızı-qaralar”a rəqib deyil. “Qəbələ”də isə əksinə, “Qarabağ”a 3 qol vuran hər 2 futbolçu hesabını artıra bilər. Bunlar Viktor Mendi ilə Dodo kimi tanınan Luis Paulo Hilariodur. “Qarabağ”ın 6, “Qəbələ”nin isə 2 futbolçusu rəqib qapısına 2 dəfə yol tapıb. Arxada qalan 24 dueldə cəmi 2 dubl qeydə alınıb. “Qəbələ”də İqor Melnik, “Qarabağ”da isə Reynaldo Silva bunu bacarıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video