Türkiyə mətbuatı: Federasiya Terimdən imtina edib

Türkiyə mətbuatı: Federasiya Terimdən imtina edib
XƏBƏR 22 Avqust 2013 / 15:05 2143
-  A +

Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ın prezidenti Ünal Aysalın baş məşqçi Fatih Terimin millini DÇ-2014-ün dörd matçına çıxması ilə bağlı təklifini qəbul etməyib.

Qol.Az-ın "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, TFF çalışdırıcının ancaq dörd matça çıxarması ilə razılaşmayıb. Bu səbəbdən Fatih Terimin milliyə gətirilməsindən imtina etdiyi bildirilib. TFF-nin digər namizəd məşqçilərlə danışıqlara başlayacağı iddia edilib.

Qeyd edək ki, Ünal Aysal yalnız F.Terim istəyəcəyi təqdirdə onun may ayına qədər millidə işləyə biləcəyini deyib.


Qarabağ FK
Son xəbərlər
topaz banner