Xabi Alonso 3 aylıq sıradan çıxdı

Xabi Alonso 3 aylıq sıradan çıxdı
XƏBƏR 22 Avqust 2013 / 01:28 1810
-  A +

Madridin "Real" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Xabi Alonso hazırlıqlar zamanı ayağından zədələnib. Ayaq sümüyünü qıran ispan yarımmüdafiənin 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, futbolçu ötən mövsüm də zədə üzündən əməliyyat olunmuş və bu səbəbdən Braziliyada təşkil olunan Konfederasiyalar Kubokunda iştirak etməmişdi.


Qarabağ FK
Son xəbərlər
topaz banner