Yığmamız Belarus millisinə qalib gəldi

Yığmamız Belarus millisinə qalib gəldi
XƏBƏR 22 Avqust 2013 / 00:38 1976
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirə qələbə ilə başlayıb.

Qol.Az-ın məlumatına görə, futbolçularımız belaruslu həmyaşıdlarını Elnur Cəfərovun vurduğu qol sayəsində 1:0 hesabı ilə məğlub ediblər.

Yığmamız turnirdə növbəti oyununu avqustun 23-də Litva komandasına qarşı keçirəcək.

Son xəbərlər