Qurban Qurbanovun Azərbaycanın milli komandasına baş məşqçi təyin olunması məsələsinə bu ilin sonunda baxıla bilər.
Qol.Az-ın “Trend” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti Rauf Əliyev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun milli komandaya rəhbərlik edəcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib: "Son vaxtlar "Qarabağ" klubu kifayət qədər yaxşı oyun nümayiş etdirir, Avropa Liqasının pley off mərhələsinə yüksəlib. Qurban Qurbanov istedadlı cavan kadrdır, "A" və "PRO" kateqoriyalı lisenziyalar alıb. Lakin gözləmək lazımdır, çünki Berti Foqtsun bu ilin sonunadək müqaviləsi var və "Dünya Çempionatı-2014" seçmə mərhələsini yekunlaşdırmalıdır. Mərhələ bitəndən, müqavilə başa çatandan sonra bu məsələyə baxılmalıdır. Hər şey qanun çərçivəsində, sivil formada baş verməlidir".
R.Əliyevin sözlərinə görə, milli komandaya elə məşqçi gəlməlidir ki, yığma komanda nəticə göstərsin: "Sevindirici haldır ki, belə kadrlarımız var. Foqts artıq iki mərhələ işlədi, elə böyük nəticələrə nail olmadı. Tendensiya artıq ona doğru getməlidir ki, bizim yerli kadrlar həm klublarda, həm də yığmada olmalıdır. AFFA tərəfindən xeyli sayda praktiki kurslar həyata keçirilir. İstənilən klubdakı oyunçular düşünməlidirlər ki, onlar sabah milliyə qatılacaqlar".
Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli yığma komandası "Dünya Çempionatı-2014" seçmə mərhələsində 7 oyundan sonra 4 heç-heçə edərək cəmi 4 xal toplayıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video