"Barselona"nın qapıçısından Kasilyasa dəstək

"Barselona"nın qapıçısından Kasilyasa dəstək
XƏBƏR 21 Avqust 2013 / 12:21 2472
-  A +

"Barselona"nın qapıçısı Viktor Valdes əzəli rəqibləri olan "Real"ın qolkiperi İker Kasilyas haqqında danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, Kasilyasın bu mövsüm La Liqanın "Betis"lə oyununda ehtiyatda qalmasının düzgün olmadığını deyib: "Onun ehtiyatda qalması məni  çox təəccübləndirir. Əslində başqa klublarda bu cür məsələlər məni maraqlandırmır. Ancaq Kasilyasın heç bir qapıçının edə bilməyəcəyi qurtarışlarını gördüm. O, mənə görə dünyanın ən yaxşı qapıçısıdır" - deyə Valdes bildirib.

Qeyd edək ki, ispaniyalı qolkiper "Real"da sonuncu dəfə yanvarın 23-də keçirilən "Kral kubok"unda “Valensiya” matçında əsas heyətdə forma geyib.


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu