Mourinyonun transfer planı

Mourinyonun transfer planı
XƏBƏR 19 Avqust 2013 / 17:15 3784
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo transfer planları haqda danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Premyer Liqanın ilk oyununda "Hall Siti" ilə oyundan (2:0) sonra keçirilən mətbuat konfransında bir hücumçu almaq istədiklərini deyib:

"Transfer pəncərəsi bağlanan qədər bir hücumçu almaq istəiyrik. Ancaq hazırda hər hücumçunun bir klubu var. Bu oyunçunun kimliyi barədə məlumat verməyim düzgün olmaz. Biz digər komandaların etdiyi kimi futbolçulara təsir etməyə çalışmırıq. Təklif etmək lazımdırsa, klubla danışıqlara başlayarıq" - deyə Mourinyo bildirib.


Son xəbərlər
topaz banner