Pantiç: "Qələbələrimizin ardını gətirəcəyimizə inanıram”

Pantiç: "Qələbələrimizin ardını gətirəcəyimizə inanıram”
XƏBƏR 18 Avqust 2013 / 20:39 1764
-  A +

“İlk dəqiqələrdən sonadək komandalar mübarizə apardı. Qələbəyə görə futbolçularıma təşəkkür edirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nin baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqanın 3-cü turunda "Rəvan" üzərində böyük hesablı qələbədən (5:0) sonra deyib.

O, komandasının qalibiyyətlərinin davam etdirəcəyinə inandığını bildirib: "İsti havada oynamaq çətin idi. Son iki məğlubiyyətdən sonra üzərimizdə təzyiq var idi. Qələbə qazanmağımız məni sevindirir. Qələbələrimizin ardını gətirəcəyimizə inanıram”.

 


Son xəbərlər
topaz banner