Messi Ronaldodan danışdı

 Messi Ronaldodan danışdı
XƏBƏR 18 Avqust 2013 / 15:53 4283
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi əzəli rəqibləri olan Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo ilə aralarında rəqabət olmadığını bir daha ifadə edib.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan argentinalı oyunçu Ronaldo ilə münasibətlərinin normal olduğunu bildirib: "Onunla aramızda rəqabət yoxdur. Ronaldo yaxşı insandır və hər matçın nəticəsini dəyişdirə bilən futbolçudur. Məni tək maraqlandıran "Barselona"dır. Ronaldo da öz işi maraqlanır".

Kataloniya klubunun bu mövsümkü hədəfləri haqqında da danışan Messi deyib: "La Liqanı və Çempionlar Liqasını qazanmaq istəyirik. Tito Vilanovanın gedişi bizi təəssüfləndirdi, amma yeni baş məşqçimizin də arxasındayıq".

"Barselona"lı ulduz həyatını bütün insanlar kimi keçirdiyini bildirib: "Biz kino ulduzu deyil, futbolçu olduğumuzun fərqindəyik. Matçımız və məşqimiz olmayanda günümüzü əsasən evimizdə ailəmizlə keçiririk”.


Son xəbərlər
topaz banner