Levandovski ildə 5 milyon avro qazanacaq

Levandovski ildə 5 milyon avro qazanacaq
XƏBƏR 18 Avqust 2013 / 15:12 2209
-  A +

"Borussiya" futbolçusu Robert Levandovskinin illik gəlirini artaracaq.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, hücumçu bu yay  "Bavariya"ya getmək istəsə də, klub onun transferinə razılıq verməmişdi. Budan sonra polşalı futbolçu müqaviləsi bitənə qədər komandada qalacağını bildirmişdi.

Dortmund klubu da bunun qarşılığında Levandovskinin illik gəlirini artıracaq. İldə 1.5 milyon avro qazanan oyunçuya 5 milyon avro veriləcək.

Bu addımla həm də "Borussiya" futbolçu ilə yeni müqavilə imzalamağa çalışacaq.


Son xəbərlər
topaz banner