“Procter & Gamble” şirkətinin “Təşəkkürlər, Ana!” şüarı altında keçirdiyi Yay İdman Olimpiya Məktəbi başa çatıb. İstehlakçıların həyatını yaxşılaşdırmaq məqsədi ilə mütəmadi olaraq müxtəlif sosial layihələr həyata keçirən Procter&Gamble Milli Olimpiya Komitəsi tərəfindən dəstək almış bu layihəni həyata keçirib.
Qeyd olunan Yay İdman Məktəbi Azərbaycanın bütün idmana meylli 10-16 yaşlı uşaqlarına idmançı olmaq şansı verib.
Övladların Yay Olimpiya Məktəbində iştirakı üçün 2000-dən çox valideyin müraciət edib. Müraciət edənlərin arasında istedadlı uşaqları seçmək üçün 9 gün ərzində Qəbələ, Şəki, Gəncə, Mingəçevir, Lənkəran, Qusar və Bakı şəhərində yarışlar keçirilib. Yay idman məktəbinin seçimlərinə qatılmaq üçün valideyinlər hər hansı bir “Procter & Gamble” məhsulu alaraq qeydiyyat anketi doldurublar.Yarışlar zamanı xüsusi idman tapşırıqları öhdəsindən keçən ən istedadlı 90 nəfər uşaq (45oğlan və 45 qız) seçilib.
Yay idman məktəbinin məşqləri 1 ay ərzində Paytaxtın ən möhtəşəm idman komplekslərindən biri olan “Sərhədçi” idman Olimpiya Mərkəzində keçirilib. Bu müddət ərzində oğlanlara futbol məşqlərini Türkiyədən dəvət olunmuş peşəkar məşqçilər Hakan Şimşek və Mehmet Kerim Akaslan keçiriblər. Qızların volleybol məşqləri isə, Azərbaycan Voleybol Federasiyasında çalışan Şəfəq Kərimova və Günel Mehdiyeva tərəfindən aparılıb.
Bir ay müddətində rəngarəng məşq proqramları ilə yanaşı, uşaqlar müxtəlif komandalarla yoldaşlıq görüşləri də keçiriblər. Belə ki, oğlanların futbol komandası uşaqlardan ibarət “Vətən” futbol klubunun kollektivi ilə qarşılaşıb. Keçirilən üç oyundan ikisində qalib gələn Yay idman məktəbinin futbol kollektivi ümumi hesabda “Vətən” klubunun kollektivi üzərində 2-1 hesablı qələbə çalıb.
Yay məktəbinin volleybolçu qızları isə Volleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının oyunlarını canlı izləmək şansı əldə ediblər. 2 nəfər qız isə Volleybol üzrə Milli Gənclər Yığma komandasına dəvət aldı.
Avqustun 1-də “Procter & Gamble”ın Yay İdman Olimpiya Məktəbinin başa çatması ilə bağlı “Sərhədçi” idman mərkəzində bayram keçirilib. Həmin tədbirdə şirkət nümayəndələri də iştirak edib. Procter & Gamble-ın Xarici əlaqələr üzrə meneceri Səkinəxanım İbrahimova uşaqları Yay idman məktəbində fəal iştiraka görə təbrik edib və məktəbi uğurla bitirdiklərini təsdiq edən diplom təqdim edib. Onun sözlərinə görə, şirkət Azərbaycanda aktiv həyat tərzi və sağlamlıq naminə bu kimi layihələri gələcəkdə də keçirməyi planlaşdırır. Layihəyə qatılan uşaqlar və valideyinlər də öz tərəfindən məktəbdən razı qaldıqlarını, şirkətə və məşqçilərə təşəkkürlərini bildirdilər.
Procter & Gamble haqqında
P&G-ın brendləri dünyada təqribən 4.4 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Ace®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü portfellərdən birinə sahibdir. P&G icması dünyanın təqribən 80 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün, Procter & Gamble Azərbaycan Ofisinin Facebook səhifəsinə (http://www.facebook.com/pgazerbaijan) və www.pg.com saytına baş çəkin.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu