Əfsanəvi brendə sevgisi 16 ildən sonra ona hədiyyə qazandırdı

Əfsanəvi brendə sevgisi 16 ildən sonra ona hədiyyə qazandırdı
XƏBƏR 5 Avqust 2013 / 20:32 3190
-  A +

“Saf Qan Amerikan» olmaq nə deməkdir? Maşın həvəskarları sevdikləri brendləri necə görür? Chrysler salonunda açılmış sərgi gənclərin Amerikanın əfsanəvi avtomobillərinə baxışını nümayiş etdirdi. 20 gün instaqramda davam edən müsabiqənin iştirakçılarının çəkdikləri 200-ə yaxın foto və ən çox bəyənilən 20 şəkil Chrysler Mərkəzdə təqdim olundu.
 
İnstaqramda bəyənilmə sayına görə seçilən 20 foto arasından müsabiqə jürisi də 3 əsas qalibi seçdi. Avtomobili dinamik təsəvvürü və kompozisiyası ilə jürinin rəğbətini qazanmış Nicat Əliyev (instaqramda @nicat_vt) müsabiqənin əsas hədiyyəsini - Canon 600D + 18-55mm linza fotoaparatını alaraq birinci yeri tutdu. David Yolçuyev (@david6984) 2-ci yeri və Samsung Galaxy fotoaparatını, Fariz Quliyev (@farizquliyev) 3-cü yeri və Samsung WB250F fotoaparatını qazandı.
 
Müsabiqədə iştirak edən bir foto isə jürinin böyük marağına səbəb oldu. 1998-ci ildə 10 yaşında Jeep markalı avtomobili ilə çəkdirdiyi şəklini müsabiqəyə göndərən 27 yaşlı Rəşad İsmayılın (@rashadismail) brendə sevgisi ona xüsusi hədiyyə - iPod qazandırdı.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq