"Bney Yəhuda”nın baş məqşçisi Guy Luzon bir az bundan qabaq sabah Avropa Liqası çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Zaqatalanın “Simurq” klubuna qarşı keçirəcəkləri oyunla bağlı mətbuat konfransı keçirib.
- “Simurq” çox yaxşı komandadır. Güclü heyəti və səviyyəli futbolçuları var. Xüsusilə orta və hücum xəttlərini qeyd edərdim.
- Sizə elə gəlmir ki, rəqibinizin gücünü həddindən artıq şişirdirsiniz? Bəlkə bu, taktiki gedişdir?
- Xeyr, heç bir taktiki gedişdən söhbət gedə bilməz. Biz buraya əsas heyətlə gəlməmişik. Bunu nəzərə almaq lazımdır. Bundan başqa, klubların büdcələri arasındakı fərqi də unutmaq olmaq. Məndə olan məlumata görə, “Simurq”un büdcəsi 4-5 milyon dollardır. Bizdə isə, bu göstərici 2 milyondur. Bizim 100-200 min dollar dəyərində futbolçumuz yoxdur. “Bney Yehuda”da bu mənada maksimum göstərici 50 min dollardı.
- Axı büdcə heç də həmişə həlledici olmur. Məsələn, büdcəsi rəqibindən qat-qat yüksək olan Azərbaycan klubları olub ki, mübarizəni dayandırıblar və növbəti mərhələyə rəqib keçib.
- Düzdür, büdcə həmişə həlledici olmur. Amma yenə də mən bu cütlükdə “Simurq”u favorit görürəm. Əgər mərhələni keçən tərəf biz olsaq, bu sürpriz olacaq.
- İlk matçda hansı nəticə siz qane edəcək?
- Yenə deyirəm, mərhələ keçsək bu, bizim üçün böyük sürpriz olacaq. Bəlkə də 3 ay bundan qabaq, yaxud 1 ay bundan sonra oynasa idik, hətta öz komandamın qalib gələcəyini də deyə bilərdim. Amma indiki halda bu real görsənmir. Çünki heyətimiz çox zəifləyib. Kovaçeviç, Militinoviç və Tamir Kahlo kimi aparıcı futbolçular komandanı tərk etdilər. Düzünü bilmək istəyirsinizsə, sabahkı qarşılaşmada mən uduzmağa üstünlük verərdim. Bu halda İsrail çempionatına daha yaxşı hazırlaşmaq imkanımız olacaq. Yox, əgər mərhələ keçsək, hər şey əksinə olacaq.
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi