Akif İsmayılov: "Respublika stadionu oyuna tam hazırdır"

XƏBƏR 30 İyun 2009 / 20:47 2216
-  A +

İyulun 2-də Avroliqa turniri çərçivəsində Respublika stadionunda keçiriləcək  "Simurq" - "Bney İequda" matçı üçün arena tam hazırdır". Qol.Az-ın məlumatına görə, bu sözləri arenanın direktoru Akif İsmayılov deyib. "İyulun 1-də israillilərin məşqinə kimi meydanın ot örtüyü son dəfə biçiləcək, xətlər çəkiləcək. Ertəsi gün isə reklam lövhələri düzüləcək. Azarkeşlər stadiona oyunun start fitindən 2 saat əvvəl, yəni 18.00-dan etibarən buraxılacaq. Matçı təxminən 2000 asayiş keşikçisi qoruyacaq".

 

Mənbə: pfl.az

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib