Çempionlar Liqasına hazırlaşan “Bakı” yeni mövsümdə ilk transferini reallaşdırıb. “Zolaqlılar” serbiyalı Stevan Bateslə müqavilə imzalayıb. Bu haqda Qol.Az-a “Bakı”nın mətbuat xidmətinin rəhbəri Ruslan Əlişzadə məlumat verib. Serbiyalı Bates müdafiəçidir. Onun son klubu Fransanın ikinci liqa təmsilçisi “Şatoru” olub.
Bates 1981-ci ildə Belqradda anadan olub. Müdafiəçi yaxşı fiziki göstəriciləri ilə seçilir. Onun boyu 190 sm, çəkisi isə 81 kq-dır. Bates "Bakı"yla 1 illik müqavilə imzalayıb. Serbiyalı müdafiəçi Fransa çempionatında çıxış edənədək vətənində bir neçə klubun şərəfini qoruyub. 2000-2002-ci illər aralığında "Zelezniçar"da oynayıb. Bu klubun heyətində keçirdiyi 58 oyuna 1 qol vuran Bates ardından "Vojdovaç"a keçib və 2005-ci ilədək bu komandada forma geyib. Bu klubda Bates 51 oyunda meydana çıxıb və 4 dəfə fərqlənib. Növbəti 1 ili "Rad"da keçirən (23 oyuna 2 qol) Stevan daha sonra "Şatoru"ya yollanıb. 2006-cı ildən Fransa çempionatında forma geyən "Bakı"nın yeni transferi bu komandanın heyətində 66 oyunda meydana çıxıb və 3 qol vurmağa müvəffəq olub.
***
"Bakı" bir deyil, iki futbolçuyla bu gün müqavilə imzalayıb. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində paytaxt klubunun icraçı direktoru Yaşar Seyidov məlumat verib: "Batesdən əlavə bu gün braziliyalı Barbosa ilə də müqavilə imzalanıb. Bates kimi Barbosa da müdafiəçidir. Onunla da sözləşmənin müddəti qarşıdakı 1 il üçün nəzərdə tutulub. Hər iki oyunçunun adı Çempionlar Liqasının iştirak ərizəsinə də daxil ediləcək. Onlar qarşıdakı məsul yarışda komandamıza kömək edəcəklər".
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi