İlqar Qurbanov: “Sivaspor”dan çıxarılmamışam, bu dəqiqə komandanın düşərgəsindəyəm”

ÖLKƏ FUTBOLU 29 İyun 2009 / 19:49 2394
-  A +

İcarə əsasında son mövsümü Türkiyənin birinci divizion klubu olan “Boluspor” klubunda keçirən İlqar Qurbanov, mövsüm başa çatdıqda sonra yenidən müqaviləylə məxsus olduğu “Sivasspor”un düşərgəsinə qayıdıb. Həmyerlimiz hazırda da məhz bu klubun düşərgəsindədir. Qol.Az-ın müxbiriylə söhbətində İlqar Qurbanov Sivas klubundan uzaqlaşdırılmasına dair yayılan söhbətlərin düzgün olmadığını deyib: “Xeyr, heç kim məni klubdan uzaqlaşdırmayıb. Hazırda sizinlə “Sivasspor”un düşərgəsindən danışıram və bu klubun heyətində təlim-məşq toplanışındayam. Baş məşqçi Bülənt Uyqunla son günlərdə heç bir söhbətim olmayıb. Odur ki, burada qalıb-qalmayacağım hələ bilinmir. Digər klublardan təklif olarsa, bu haqda düşünmək olar. Hər halda, 2-3 günə hər şeyə aydınlıq gələcək. O, ki qaldı Azərbaycana qayıtmağıma, orada gəlib, dincələ bilərəm. Amma bu, o demək deyil ki, hansısa kluba keçəcəyəm. Bunun baş verməsi üçün ilk növbədə real təklif olmalıdır. Azərbaycan klublarından isə belə bir təklif almamışam”.

Daha çox


Son xəbərlər
16.01.25  09:25

"Bavariya"dan "Real"a