"Sumqayıt" hazırlıqları davam etdirir (FOTOLAR)

XƏBƏR 28 İyun 2013 / 15:44 1773
-  A +

Topaz Premyer Liqasının 2013/14 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu məşqlərini davam etdirir.

Qol.Az-ın klubun saytına itinadən yaydığı xəbərə görə, Aqil Məmmədovun rəhbərliyi altında komanda Sumqayıt İdman Mərkəzində iki tərəfli oyun keçirib. Baxışa gələn və müqavilə imzalanmış yeni transferlərin də iştirak etdiyi hazırlıq prosesi 90 dəqiqə davam edib. Bərpa prosesini tamamlayan Vurğun Hüseynov artıq komanda ilə birlikdədir.

Yenilərdən Budaq Nəsirov və Anar Nəzirov isə milli komandaların heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qoşulacaq.

Qeyd edək ki, "Sumqayıt" iyulun 6-da AZAL-la yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 19:00-da Sumqayıt İdman Mərkəzində baş tutacaq.






















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır