“Bakı” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqada yaranmış fasilədən necə istifadə etdin? Həmişə yorğunluqdan gileylənirdin.
- Futbol oynadığım müddətdə hələ belə yaxşı dincəlməmişdim. Ola bilər nə vaxtsa hardasa istirahətə gedim. Ancaq bu dəfə lap istədiyim kimi yorğunluğumu çıxardım. Heç vaxt belə təbiətin qoynunda, dağlarda dincəlməmişdim. Bu da o deməkdir ki, çempionata tam hazır olacağam. Artıq tam gücümü bərpa etmək üzrəyəm.
- Bu gün yeni baş məşqçi Milinko Pantiçlə ilk məşqinizə çıxdınız. İlk məşqiniz necə keçdi?
- Bu gün məşqlərə başladıq. Yeni baş məşqçi birdən-birə bizə çox əziyyət vermədi. Normal qaydada yüngül hərəkətlərlə məşq etdik. Sabahdan gündə iki dəfə olmaqla məşqləri davam etdirəcəyik və biləcəyik ki, nə etməliyik. Bu məşq demək olar ki, yeni futbolçular və baş məşqçi ilə tanışlıq xarakteri daşıyırdı. Bu ayın sonuna qədər Bakıda məşq edəcəyik. Yəqin ki, iyulun 1-də təlim-məşq toplanışı üçün Almaniyaya ya da Avstriyaya gedcəyik
- Səncə tez bir zamanda yeni baş məşqçinin etimadını doğrulda bilərsən?
- Yeni məşqçi üçün hamı eynidir. Sadəcə qalır futbolçunun özünü göstərməsi. Mənim kimi hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. “Bakı” bir qədər geri addımlayıb. İndi isə irəliləməliyik. Ona görə də tərəfdarıyam ki, komandaya kim daha çox xeyir verəcəksə, o oynasın. Elə çıxış etməliyik ki, gələn mövsüm heç olmasa, Avroliqaya vəsiqə qazanaq.
- Artıq Avropa oyunlarında çıxış edəcək klublarımızın ilk rəqibləri bilindi. Səncə, komandalarımız ilk təsnifat mərhələsini keçməyə qadirdir?
- Rəqiblərin hamısı bizə uyğun komandalardır. Bu klubları keçmək komandalarımız üçün çətin olmamalıdır. İnanıram ki, bütün klublarımız ilk mərhələni keçəcək. Onu da deyim ki, ən çətin rəqib “Qarabağ”a düşüb. Çünki “Metallurq”a vaxtilə 4:1 hesabı ilə qalib gəlmişik. Bunun qisasını almaq istəyəcəklər. Həm də Avropa klubları getdikcə inkişaf edir. Təbii ki, “Metallurq” da o dövrdəkinə nisbətən güclənib. Dualarım “Qarabağ”adır. Azarkeş kimi də “Qarabağ”ı dəstəkləyəcəm.
- “Qarabağ” yenə “Metallurq”u mübarizədən kənarlaşdıra bilər?
- İnanıram ki, mərhələni “Qarabağ” keçəcək. Digər komandalarla müqayisədə “Metallurq”u güclü adlandırdım, ancaq “Qarabağ”dan zəifdir. Çünki “Qarabağ” elə rəqiblərlə qarşılaşıb ki, elə rəqibləri məğlub edib ki, “Metallurq” onların yanında çox zəifdir. Birinci oyunun səfərdə olması da “Qarabağ” üçün sərfəlidir.
- “Qarabağ” 2010/2011 mövsümündə güclü idi, yoxsa indi?
- Bunu zaman göstərək. İlk oyundan sonra nəsə demək olar. O dövrdə “Qarabağ”da tam başqa şərait və ab-hava var idi. İndi “Qarabağ”a həmin futbolu arzulayıram.
Ramiq AĞAMƏMMƏDOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"