“Qarabağ”ın sabiq futbolçusu Emin İmaməliyevin Qol.Az saytına müsahibəsi
- “Qarabağ”dan ayrılandan sonra nə işlə məşğulsan?
- Elə bir işim yoxdur, dincəlirəm. Həftə sonları “Qarabağ”da azyaşlı uşaqlara məşq keçirik.
- Məşqçi işləmək üçün “Qarabağ”dan təklif aldığın deyilirdi.
- Düzdür. Qalıb məşqçi kimi işləməyimi istəmişdilər. Elə ona görə də, uşaqlara məşq keçirəm. Bu, təcrübə toplamaq üçün vacibdir.
- Gələn mövsümdən birinci divizionda iştirak edəcək “Araz” klubuna keçidin gözlənilir?
- “Araz”la danışıq aparıram. Bir həftə ərzində hər şeyə aydınlıq gələcək.
- Əsas fikrin karyeranı futbolçu kimi davam etdirməkdir, yoxsa məşqçi kimi?
- Hələ ki, oynamaq istəyirəm. Bu gücü özümdə görürəm. Alınsa, futbolçu kimi çıxışlarımı davam etdirəcəyəm, alınmasa, məşqçiliyə başlamaq fikrindəyəm.
- “Neftçi”nin Çempionlar Liqasında, digər klublarımızın isə Aroliqadakı ilk rəqibləri artıq məlumdur. Komandalarımızın ilk mərhələni keçmək şanslarını necə görürsən?
- Düzü, Avropada asan rəqib yoxdur. Ancaq klublarımızın şansı yaxşıdır. Hər dörd klubumuz ilk mərhələni keçə bilər.
- Keçmiş klubun “Qarabağ”ın rəqibi Makedoniyanın “Metallurq” komandası oldu. Yəqin bu klubu yaxşı xatırlayırsan.
- Əlbəttə. “Metallurq” əzmkar komandadır. 2010-cu ildə bu komandanı Bakıda 4:1 hesabı ilə məğlub etmişdik. İndi onlar çalışacaqlar ki, həmin məğlubiyyətin əvəzini çıxsınlar. Bildiyimə görə, indiki “Metallurq” əvvəlkindən güclüdür.
- Bəs indiki “Qarabağ” necə?
- “Qarabağ”dan o dövrdəkindən güclüdür. Yeni hücumçular alınıb. Bu transferlər elə-belə olunmayıb. Bir neçə əsas oyunçuları getsə də, bu, komandaya çox da təsir etməz. Çünki hər bir komandada hər il oyunçu dəyişikliyi olur. Məncə, “Qarabağ” güclənmək üçün iki yeni transfer edəcək. Əgər Avroliqanın qrupuna düşmək istəyirlərsə, mütləq yeni transfer olunmalıdır. “Qarabağ”ın ilk oyunu səfərdə oynamağı yaxşıdır.
- 2010-cu ildə “Metallurq”la həm ev, həm də səfər oyununda qol vurdun. Yəni mərhələni keçməkdə böyük rolun oldu. Həmin oyunu necə xatırlayırsan?
- Yaxşı xatırlayıram. Ən yaxşı oyunlarımdan biri olmuşdu. O dövrdə rəqibə Bakıda 4:1 hesabı ilə qalib gəlsək də, mərhələni biz adlasaq da, çox çətinlik çəkmişdik. Çünki “Metallurq” əzmkarlıq göstərirdi. Təslim olmaq istəmirdi.
- Klublarımızın qrup mərhələsinə düşmək şansı nə dərəcədədir?
- Bu, ilk növbədə rəqiblərdən asılıdır. Birinci və ikinci mərhələdən sonra çətin rəqiblər gəlir. Hansı ki, o komandaları təmsil etdiyi ölkələrin futbolu bizimkindən qat-qat üstün olur. Buna baxmayaraq, klublarımız lazımi qaydada transferlər etsə, səhvə yol verməsə, qrup mərhələsinə düşməkdə çətinlik çəkməzlər. Çünki komandalarımız səviyyəsinə uyğun rəqiblərlə düşüb. İki mərhələni keçsələr, sonradan daha məsuliyyətli olacaqlar.
Ramiq AĞAMƏMMƏDOV
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi