"Xəzər Lənkəran"ın məşqi və Toşakın zarafatları (FOTOLAR)

"Xəzər Lənkəran"ın məşqi və Toşakın zarafatları (FOTOLAR)
XƏBƏR 21 İyun 2013 / 17:47 3650
-  A +

Yay təlim məşq toplanışını Almaniyada keçirən “Xəzər Lənkəran” klubu bu gün hazırlığın ikinci günündə məşqlərini davam etdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən axşam yağan güclü yağış tezliklə dayanmaqla yanaşı, havanın sərinləşməsinə də səbəb olub.

Səhər məşqi fiziki təmrinlərlə başlayıb və bir saat ərzində qapıçılar istisna olmaqla futbolçular meydan boyu ayrılmış xüsusi nişanlara qədər müxtəlif qaçışları yerinə yetiriblər. Qapıçılar isə məşqçi Hafiz Əliyevin rəhbərliyi altında çalışırıblar ki, onlarda hələ ki, topla yox, əsasən fiziki gücə hesablanan çalışmaları yerinə yetiriblər. Məşqin son yarım saatı isə daha maraqlı alınıb. Belə ki, qısaldılmış meydanda futbolçuları iki qrupa bölən Con Toşak azərbaycanlı futbolçularla legionerləri ayrı-ayrı komandalara ayırıb.

Bu zaman təkcə Adrian Pit və yeni transfer Nildo yerli futbolçuların komandasında yer alıb. Baş məşqçi qapıçıların olmadığı qapılara iki toxunuşdan istifadə etməklə yalnız vurulacaq qolların baş zərbəsi ilə hesablanacağını tapşırıb. Yarım saat ərzində daha yaxşı təsir bağışlayan yerli futbolçular ilk olaraq Kazım Kazımlı ilə hesabı açıb. Saçını qapıçı Toni Doblasa tamamilə kəsdirən Kazımın fərqlənməsini görən Con Toşakın “bundan sonra bütün hücumçular Toninin yanına gedib saçını azaltsın” zarafatı oyuna əlavə rəng qatıb. Nildonun ikinci qolunun daha baxımlı alınması da baş məşqçinin maraqlı etirafına səbəb olub: “Üç aya Lənkəranda belə gözəl başla vurulan qol görmədim. Nildo bizə çox kömək edəcək”. Nəhayət, Kazım Kazımlının daha bir qolu ilə səhər məşqi yekunlaşıb. Komanda bu axşam daha bir məşqə çıxaraq hazırlığın ikinci gününə yekun vuracaq.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə