"Xəzər Lənkəran" Almaniyada ilk məşqinə çıxdı (FOTOLAR)

"Xəzər Lənkəran" Almaniyada ilk məşqinə çıxdı (FOTOLAR)
XƏBƏR 20 İyun 2013 / 15:44 2158
-  A +

Dünəndən Almaniyada olan “Xəzər Lənkəran” ilk olaraq məskunlaşdığı otelini dəyişmək məcburiyyətində qalıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata, Misbah şəhərciyinin otelinin futbol meydançaları qəfildən yararsız vəziyyətə düşdüyündən komanda İnqolştad yaxınlığında yerləşən digər otelə köçüb.
 
Bu gün isə “Xəzər Lənkəran” təlim məşq toplanışı çərçivəsində ilk məşqinə çıxıb. Con Bencamin Toşak futbolçularla kiçik toplantı etdikdən sonra saat yarımlıq nəzərdə tutulan hazırlığa start verildi ki, 22 futbolçunun iştirak etdiyi məşqdə oyunçular fiziki təmrinləri yerinə yetiriblər.
 
Cari mövsümün sonunda zədədən əziyyət çəkdiyi üçün komandaya kömək edə bilməyən Adrian Pit də artıq komanda ilə birgə hazırlığa qatılıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 18:30-da daha bir məşq nəzərdə tutulub.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə