"Qarabağ"dan ikinci rəsmi transfer

"Qarabağ"dan ikinci rəsmi transfer
ÖLKƏ FUTBOLU 18 İyun 2013 / 18:51 5787
-  A +

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" klubunun düşərgəsinə daha bir futbolçu - Leroy Corc cəlb olunub.

Bu barədə Qol.Az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Ampluaca hücumameyilli futbolçu olan Leroy Corcun son komandası Hollandiyanın NEK klubu olub. O, Hollandiyanın U-20 və U-21 millilərinə də cəlb olunub. 26 yaşlı futbolçu eyni zamanda Surinam yığmasına dəvət alıb.
 
Qeyd edək ki, daha öncə "Bohum" klubunun forvardı Nikoloz Gelaşvili ilə iki illik müqavilə imzalayan "Qarabağ"da konqolu lriç Kapolonqo baxışdadır. Onun barəsində hələlik qəti qərar verilməyib.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner